Kolumbiyalı Bundesliqanın tarixinə düşdü
“Bavariya” Almaniya Bundesliqasının 26-cı turunda “Maynts”ı məğlub edib.
Komanda.az xəbər verir ki, 6:0 hesabıyla bitən görüş, Münhen təmsilçisinin üzvü Xames Rodriges üçün əlamətdar olub. Belə ki, qarşılaşmada 3 qol vuran Xames, Bundesliqa tarixində het-trik edən ilk kolumbiyalı futbolçu olub.
İcarə əsasında “Bavariya”da çıxış edən Xames, bu mövsüm Bundesliqada 17 qarşılaşmada iştirak edərək, 7 qol vurub.
27 yaşlı yarımmüdafiəçi müqaviləylə “Real”a məxsusdur. Xames, 68 dəfə formasını geyindiyi Kolumbiya millisində 21 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin