“Bavariya”dan yeni transfer – rəsmi
Almaniyanın “Bavariya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Münhen klubu “Leyptsiq”dən Dayot Upamekanonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Almaniya çempionu 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Upamekano komandaya bu il iyulun 1-dən qoşulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin