“Bavariya”dan “qızıl dubl”
Futbol üzrə Almaniya kubokunda 2018/19 mövsümünün qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici oyunda “Bavariya” ilə “Leyptsiq” klubları üz-üzə gəlib. Münhen təmsilçisi bu oyunda darmadağına imza ataraq, Almaniya kubokunun qalibi olub.
Bu, münhenlilərin sözügedən turnirdə 19-cu belə uğuru kimi tarixə düşüb. “Bavariya” bu baxımdan Almaniya rekordçusudu. Onların ən yaxın izləyicisi “Verder” 6 dəfə ölkə kubokunu qazanıb. “Leyptsiq” isə ilk dəfə finalına yüksəldiyi bu turnirdə hələ çempionluq sevinci yaşamayıb.
“Bavariya” bu mövsüm Almaniya Bundesliqasında da çempion olub.
Almaniya kuboku, final
25 may
Leyptsiq – Bavariya 0:3
Qol: Levandovski, 29; 85. Koman, 78.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin