“Bavariya”dan DÇ-nin qalibi ilə 5 illik müqavilə
Almaniya çempionu “Bavariya” yeni transferi Benjamin Pavarla müqavilə imzalayıb.
Komanda.az Münhen klubunun rəsmi istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi 5 illik sözləşməyə qol çəkib. O, yeni komandasında 5 nömrəli formanı geyinəcək.
Ötən mövsüm “Ştutqart”ın formasını geyinən 23 yaşlı cinah müdafiəçisi bu ilin yanvar ayında “Bavariya” ilə anlaşmışdı. Lakin onun keçidi indi rəsmən açıqlanır.
Fransa millisinin üzvü 2018-ci ildə Rusiyada keçirilən mundialda da iştirak edib. O, ötən mövsüm “Ştutqart”ın heyətində 31 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin