“Bavariya”dan ayrılmaq məcburiyyətində qalsam, bütün təkliflərə açıq olacam”
“Bavariya”nın yarımmüdafiəçisi Xavi Martines komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Münhen klubu ilə müqaviləsi növbəti il başa çatacaq futbolçu, qeyri-müəyyənlik yaşadığını bildirib:
“Komandadakı gələcəyimlə bağlı “Bavariya” ilə danışmağımız lazımdır. Müqaviləm 2021-ci ildə başa çatır, hər şeyə hazıram. Burda inanılmaz şeylər yaşadım. İndi gözləməyə məcburam, çünki qeyri-müəyyənliklər çoxdur. Transfer bazarının necə olacağını, Çempionlar Liqasının oynanılıb-oynanılmayacağını bilmirik. “Bavariya”dan ayrılmaq məcburiyyətində qalsam, bütün təkliflərə açıq olacam. Heç bir şeyi istisna etmirəm. ABŞ və ya Avstraliyada oynaya, ya da İspaniyaya qayıda bilərəm. “Atletik”də inanılmaz altı il keçirdim. O da bir seçim ola bilər”.
2012-ci ildən “Bavariya”da çıxış edən Martines 2006-2012-ci illərdə “Atletik”in şərəfini qoruyub.
Bizi Facebook-da izləyin