Riberi “elçi”sini bəyənmir
“Bavariya”dan ayrılan Frank Riberiyə İngiltərədən bir klub “elçi düşüb”.
Komanda.az xəbər verir ki, İngiltərə Premyer Liqasının debütantı “Şeffild Yunayted” fransız futbolçunu transfer etmək niyyətindədir. Bu barədə Almaniyanın “Kicker” nəşri məlumat yayıb.
Xəbərdə, Riberinin Avropanın böyük klublarından birində forma geyinmək istədiyi üçün bu təklifə müsbət yanaşmadığı bildirilib.
“Bavariya” ilə son mövsümdə 38 oyuna çıxan Riberi, 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin