“Bavariya”dan 80 milyon avroluq təklif
“Bavariya”nın “Mançester Siti”nin futbolçusu Leroy Saneni transfer etmək istədiyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisi alman futbolçu üçün ilk təklifini göndərib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
“Bavariya” Sane üçün “Mançester Siti”yə 80 milyon avro təklif edib. “Mançester Siti”dən ayrılmaq istəyən hücumçunun növbəti mövsümdə “Bavariya”da forma geyinəcəyi gözlənilir.
Bir müddət əvvəl “Bavariya”nın prezidenti Uli Höness də Sane ilə maraqlandıqlarını açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin