“Bavariya”nın 70 milyonluq istəyi
“Fiorentina”nın futbolçusu Federiko Kyeza karyerasını Almaniyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 21 yaşlı oyunçu “Bavariya”nın diqqət mərkəzinə düşüb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Bavariya” Kyezanı mövsümün sonunda komandadan ayrılacaq Aryen Robbenə əvəzləyici kimi düşünür. Münhen təmsilçisi italyan yarımmüdafiəçinin keçidini 70 milyon avroya həll etmək niyyətindədir.
“Fiorentina” ilə 2022-ci ilə qədər müqaviləsi olan Kyeza, bu mövsüm 35 qarşılaşmada iştirak edərək, 12 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin