
“Bavariya”da yeni müqavilə – RƏSMİ
Almaniyanın “Bavariya” klubu futbolçusu Alfonso Devislə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə Münhün klubunun rəsmi saytı məlumat yayıb.
19 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin iyununa kimi uzadılıb. Əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayına qədər idi.
Qeyd edək ki, Qana əsilli kanadalı futbolçu bu mövsüm meydana çıxdığı 32 matçda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin