“Bavariya” yenə cəhd edəcək

Almaniyanın “Bavariya” klubu “Mançester Siti”nin futbolçusu üçün hərəkətə keçir.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər”in futbolçusu Leroy Sane Münhen klubunun hədəfindədir. Artıq klub rəsmilərinin Sanenin meneceri ilə danışıqlara başladığı bildirilir. Rəsmi danışıqlar aprelin 1-dən etibarən aparıla bilər.

“Bavariya” 24 yaşlı yarımmüdafiəçiyə 5 illik müqavilə təklif etməyə hazırlaşır. Sanenin daha iki klubdan da təklif aldığı bildirilir.

“Bavariya” yay transfer pəncərəsi dövründə də Saneni transfer etmək istəsə də, bu, alınmamışdı.

Almaniyalı futbolçunun “Mançester Siti” ilə müqaviləsi növbəti mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button