
“Bavariya”da itki
“Bavariya” ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Kinqsli Koman zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə, Komanın Bundesliqanın 23-cü turu çərçivəsində “Herta” ilə keçirilən matçda zədələndiyi və durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyi bildirilib.
Almaniya mətbuatı Komanın 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağını iddia edib.
“Bavariya” “Herta”nı minimal hesabla məğlub edib – 1:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin