
“Bavariya”da iki ciddi itki
Almaniyanın “Bavariya” klubu ciddi itkilərlə üzləşib.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin üzvlərindən Xavi Martineslə Jerom Boatenq sıradan çıxıb.
Onların hər ikisi Bundesliqanın 10-cu turunda “Leyptsiq”lə ev oyununda (3:3) zədələnib.
Martines qarşılaşmanın əvvəlindəcə zədələnərək 25-ci dəqiqədə əvəzlənmişdi. Boatenq isə 84-cü dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı.
Baş məşqçi Hansi Flikin yerli mətbuata verdiyi məlumata görə, futbolçuların durumuna ətraflı tibbi müayinədən sonra aydınlıq gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin