“Bavariya”da dəyişiklik: Kana təklif

“Bavariya” klubunun idarə heyətinin sədri Karl-Haynts Rummeniggenin vəzifəsindən ayrılacağı vaxt məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə Rummenigge yerli mətbuata açıqlamasında deyib. O, 2021-ci ilin yayında Münhen təmsilçisini tərk edəcəyini bildirib:

“Bəli, 2021-ci ildə postumdan gedəcəm. 20 ildir ki, “Bavariya” rəhbərliyindəyəm. Getmək vaxtının gəldiyini düşünürəm. Mənim əvəzimə bu vəzifəyə Oliver Kanın gəlməsini gözləyirik. Onun bu işin öhdəsindən layiqincə gələcəyinə əminəm”.

Rummenigge 1991-ci ildə “Bavariya”nın vitse-prezidenti postuna təyin olunub. O, 2002-ci ildən isə “Bavariya”nın idarə heyətinin sədri vəzifəsində çalışır. Rummenigge futbolçu kimi 1974-1984-cü illər aralığında Münhen təmsilçisinin şərəfini qoruyub.

Bir müddət əvvəl “Bavariya”nın prezidenti Uli Höness də komandanın sabiq qapıçısı Oliver Kanın Rummeniggenin yerinə kluba gələcəyini demişdi. Kan 1994-2008-ci illər aralığında “Bavariya”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button