“Bavariya” onu göndərir: Kovaçla mübahisəyə görə

“Bavariya” icarə əsasında komandada çıxış edən Xames Rodriqesin transfer hüquqlarını almayacaq.

Komanda.az xəbər verir ki, bu barədə Almaniyanın “Kicker” nəşri məlumat yayıb. “Bavariya” rəhbərliyi Xamesin baş məşqçi Niko Kovaçla mübahisə etməsi səbəbindən, onu “Real”a qaytaracaq. Kolumbiyalı yarımmüdafiəçi yayda İspaniyaya yollanacaq.

Müqaviləylə “Real”a məxsus olan Xames, 2017-ci ilin yayından “Bavariya”dadır. Onun Münhen təmsilçisindəki icarə müddəti mövsümün sonunda bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button