“Bavariya”da 40 illik dönəmin sonu
Almaniyanın “Bavariya” klubu prezident dəyişikliyinə hazırlaşır.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisinin hazırkı prezidenti Uli Höness vəzifəsindən ayrılmağa qərar verib. Onun bu ilin oktyabr ayındakı seçkidə namizəd olmayacağı bildirilib.
Artıq Hönessi əvəzləyəcək şəxs də məlumdu. “Bavariya”nın növbəti prezidenti “Adidas” şirkətinin İdarə Heyətinin sədri, həmçinin hazırda klubun Nəzarət Şurasında yer alan Herbert Hayner olacaq.
Qeyd edək ki, Höness ilk dəfə 2009-cu ildə “Bavariya”nın prezidenti seçilib. 2014-cü ildə vergidən yayındığı üçün həbs olunan futbol funksioneri vəzifəsindən məcburi kənarlaşdırılmışdı. Amma 2 il sonra isə o, yenidən prezident olmuşdu. Höness ümumilikdə isə 40 ildi Münhen klubunda çalışır.
Bizi Facebook-da izləyin