“Bavariya” və “Yuventus”un sabiq futbolçusu klubsuz qaldı
“Bavariya” və “Yuventus”un sabiq futbolçusu Mehdi Benatia Qətərin “Əl Duhail” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 35 yaşlı müdafiəçinin klubla müddəti bitən müqaviləsi yenilənməyib. Bu barədə Qətər təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl Almaniyada “Bavariya”, İtaliyada “Yuventus”, “Roma”, “Udineze”, Fransada “Marsel”, “Loryan” kimi klublarda çıxış edən Benatia 2019-cu ilin yayından “Əl Duhail”də idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin