“Bavariya” və “Çelsi”dən PSV-yə
Niderlandın PSV klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, sözügedən klub “Çelsi”nin yarımmüdafiəçisi Marko van Ginkellə “Bavariya”nın yarımmüdafiəçisi Adrian Faynı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.
Van Ginkel əvvəllər də PSV-də oynayıb. O, Eyndhoven təmsilçisində 64 oyun keçirib, 31 qol, 10 məhsuldar ötürmə müəllifi olub. “Çelsi”də cəmi 4 oyuna çıxan niderlandlı futbolçu, “Milan”, “Stok Siti” və “Vitess” klublarının da şərəfini qoruyub.
Adrian Fayn isə “Bavariya”dan başqa icarə əsasında “Hamburq”un uğurları üçün çalışıb. O, bu komandada 33 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin