“Bavariya” türk futbolçu üçün hərəkətə keçir
İtaliyanın “Roma” klubunun futbolçusu Cengiz Ündər karyerasını Almaniyada davam edirə bilər.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Bavariya”nın maraq dairəsindədir. Münhen təmsilçisinin futbolçu üçün “canavarlar”la danışıqlara başladığı və tezliklə rəsmi təklif göndərə biləcəyi bildirilir.
2017-ci ildə “Başakşəhər”dən transfer olunan türkiyəli futbolçunun “Roma” ilə müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub. O, son mövsümdə iştirak etdiyi 33 oyunda 6 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin