“Bavariya” rekordunu yenilədi

Almaniya çempionu “Bavariya” yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi “böyük beşlik” ölkələri üzrə ən çox “qızıl dubl”a imza atan komandadı.

Belə ki, bu mövsüm həm Almaniya Bundesliqasında, həm də ölkə kubokunda qızıl medallara sahib çıxan “Bavariya”, tarixində 12-ci dəfə belə “dubl” edib.

Bu isə Almaniya, İspaniya, İngiltərə, İtaliya və Fransa klubları arasında ən yaxşı göstəricidi. Bundan əvvəlki rekord da elə “Bavariya”nın özünə məxsus idi.

Almaniya – “Bavariya” (12)
İspaniya – “Barselona” (8)
İtaliya – “Yuventus” (6)
Fransa – “Sent-Etyen” (4)
İngiltərə – “Mançester Yunayted”, “Arsenal” (hərəyə 3 dəfə)

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button