
“Bavariya” futbolçu transfer edəcək? – baş məşqçidən açıqlama
“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik qış transfer pəncərəsi üçün planlarından danışıb.
Komanda.az “Bild”ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, futbolçu transfer etməyin çətin göründüyünü bildirib:
“Hazırkı vəziyyət bütün klublara təsir göstərir. İndiki futbolçuların komandada qalmasını planlaşdırırıq. Onların hamısı peşəkardır və onların gücündən şübhə etmirəm. Yeni futbolçu alıb-almayacağımızı bilmirəm. Hər zaman bu yöndə planlarımız var, amma klubun hazırkı vəziyyətini bilirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin