“Bavariya”nın hədəfindəki futbolçu üçün daha 2 “elçi”
“Bavariya” klubunun “Leyptsiq”in futbolçusu Dayot Upamekanonu transfer etmək istədiyini xəbər vermişdik.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu daha iki klubun hədəfindədir. “Mançester Yunayted” və “Liverpul” Upamekanonun xidmətində maraqlıdır. Hər iki klub bu qış futbolçunu transfer etmək istəyir.
Fransalı futbolçunun Bundesliqa klubu ilə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin