“Bavariya” penaltilərlə kubok qazandı

Almaniyada ənənəvi “Telecom Cup” futbol turniri keçirilib.

Komanda.az xəbər verir ki, 4 komandanın iştirakı ilə keçirilən turnirin bütün görüşləri eyni günə təsadüf edib.

Öncə yarımfinal görüşləri baş tutub. Düsseldorf “Fortuna”sı ilə qarşılaşan “Bavariya” bu görüşün əsas vaxtında qol vura bilməyib. Lakin penalti seriyasında üstün olan Münhen klubu finala yüksəlib.

Digər yarımfinal görüşündə Münhenqladbax “Borussiya”sı ilə “Herta” üz-üzə gəlib. Minimal hesabla qalib gələn münhenqladbaxlılar həlledici oyuna vəsiqə qazanıblar.

Final matçında da əsas vaxtda hesab açılmayıb. “Bavariya” “Borussiya” ilə oyunda da penalti seriyasından qalib ayrılmaqla, sözügedən turnirin qalibi adını qazanıb. Üçüncü yer uğrunda oyunda isə “Fortuna” “Herta” üzərində inamlı qələbəyə sevinib.

Qeyd edək ki, “Bavariya” bütövlükdə 5-ci dəfə “Telekom Cup” turnirində əsas mükafata sahib çıxıb.

Telekom Cup

13 yanvar

Yarımfinal

Fortuna (Düsseldorf) – Bavariya 0:0 (penaltilər 7:8)

Borussiya (Münhenqladbax) – Herta 1:0

3-cü yer uğrunda oyun

Fortuna (Düsseldorf) – Herta 3:1

Final

Bavariya – Borussiya (Münhenqladbax) 0:0 (penaltilər 4:2)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button