“Bavariya” onun üçün “Real”a müraciət etdi

Almaniyanın “Bavariya” klubu “Real”ın futbolçusu üçün hərəkətə keçir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, icarə əsasında “Borussiya”da (Dortmund) çıxış edən Əşrəf Hakimi Münhen klubunun transfer hədəfindədir. “Bavariya” iki mövsümlüyə “Borussiya”ya icarəyə verilən futbolçu üçün “kral klubu”nun rəhbərliyinə müraciət göndərib.

“Borussiya” bir müddət əvvəl futbolçunu birdəfəlik transfer etmək istəsə də, Madrid klubu bu təklifdən imtina etmişdi.

2018-ci ilin yayında “Borussiya”ya icarəyə verilən Hakiminin icarə müqaviləsi mövsümün sonuna qədərdir.

21 yaşlı futbolçu bu mövsüm iştirak etdiyi 26 oyunda 6 qol, 6 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button