“Mançester Yunayted”in Koman arzusu
“Bavariya”nın futbolçusu Kinqsli Koman komandadan ayrıla bilər.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, futbolçu bir neçə klubun maraq dairəsindədir. 24 yaşlı futbolçunun xidmətində maraqlı olan əsas klub isə “Mançester Yunayted”dir. Premyer Liqa klubunun Koman üçün qarşı tərəflə təmasa keçdiyi bildirilir. Lakin məlumata görə, “Bavariya” rəhbərliyi Komanın “Mançester Yunayted”ə keçməsinə icazə vermək fikrində deyil.
2017-ci ildən “Bavariya”nın şərəfini qoruyan fransalı futbolçunun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin