“Bavariya” “Liverpul” qarşısına onlarsız çıxacaq

“Bavariya” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Liverpul”la qarşılaşacaq.

Komanda.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, Münhen təmsilçisi sözügedən qarşılaşmada iki futbolçusunun köməyindən istifadə edə bilməyəcək. Frank Riberi və Jerom Boatenq “Liverpul”a qarşı matçda iştirak etməyəcək. Boatenqin mədəsində ağrı olduğu üçün səfərə yollanmayıb. Riberi isə övladı dünyaya gəldiyi üçün qarşılaşmanı buraxacaq.

“Liverpul” – “Bavariya” matçı sabah, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button