“Bavariya” – “Liverpul” matçı italyana tapşırıldı

Çempionlar Liqasının 1/8 finalının cavab oyunları çərçivəsində keçiriləcək “Bavariya” – “Liverpul” və “Barselona” – “Lion” matçlarına hakim təyinatları açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Bavariya” – “Liverpul” matçını İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Daniel Orsato olacaq. Ona Fabiano Preti və Lorentso Manqanelli kömək edəcək. Dördüncü hakim funksiyasını Marko Di Bello yerinə yetirəcək. VAR hakimləri isə Marko Qvida və Massimiliano İrrati olacaq.

“Barselona” – “Lion” oyununu isə Polşadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Şimon Marçinyak olacaq. Ona Pavel Sokolniçki və Tomas Listkieviç kömək edəcək. Dördüncü hakim funksiyasını Tomas Musyal yerinə yetirəcək. VAR hakimləri Pavel Gil və Pavel Raçkovski olacaq.

Hər iki qarşılaşma martın 13-də, saat 00:00-da start götürəcək.

1/8 finalın ilk oyunları çərçivəsində bu komandalar arasında keçirilən hər iki görüş qolsuz bərabərliklə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button