“Bavariya”da Rummenigge dönəmi sona çatır – rəsmi
“Bavariya” klubunun İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge vəzifəsindən ayrılacaq.
Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 65 yaşlı funksionerin iyunun sonunda vəzifəsindən ayrılacağı bildirilib.
Rummeniggenin əvəzinə bu posta komandanın keçmiş qapıçısı Oliver Kan gətiriləcək.
Rummenigge 1991-ci ildən “Bavariya”da çalışırdı. O, 1992-2002-ci illər aralığında vitse-prezident vəzifəsini icra edib. Alman funksioner 2002-ci ildən isə klubun İdarə Heyətinin sədri olaraq çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin