“Bavariya”da baş məşqçi postuna ilk namizəd bilindi
“Bavariya” klubunda Niko Kovaçın ayrılığından sonra boş qalan baş məşqçi postuna ilk namizəd bilinib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi bu vəzifəyə Massimiliano Alleqrini gətirmək niyyətindədir. Hazırda işsiz olan Alleqrinin adı “Mançester Yunayted”lə də hallanır.
“Bavariya” hazırda Bundesliqada 18 xalla 4-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin