Levandovskinin Londona getməsinə icazə vermirlər

“Bavariya” klubu futbolçusu Robert Levandovskinin Polşa millisi ilə İngiltərəyə yollanmasına icazə vermir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Polşa yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 31-də İngiltərə ilə səfərdə qarşılaşacaq. Polşa yığmasının üzvləri London səfərindən qayıtdıqdan sonra 14 günlük karantində qalmalı olacaqlar.

“Bavariya” klubu bu səbəbdən Levandovskinin sözügedən qarşılaşma üçün İngiltərəyə yollanmasına qarşıdır. Münhen təmsilçisi 32 yaşlı hücumçunun Polşa yığmasının Macarıstanla səfər və Andorra ilə ev oyunlarında iştirak etməsinə razıdır, lakin İngiltərə səfərinə yox.

Levandovski bu mövsüm “Bavariya” ilə 35 oyunda 39 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button