“Bavariya” Avropa çempionunu icarəyə verdi
“Bavariya” klubu futbolçusu Lars Lukas Mayı icarəyə verib.
Komanda.az xəbər verir ki, 21 yaşlı müdafiəçi “Verder”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. May 2021/22 mövsümünü icarə əsasında “Verder”də keçirəcək.
“Bavariya”nın yetirməsi olan May Almaniyanın U-21 yığması ilə bu il keçirilən Avropa çempionatının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin