
“Bavariya”da ciddi itki – Əməliyyat olunacaq
“Bavariya” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Niklas Süle zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Bavariya”nın Bundesliqanın 8-ci turunda “Ausburq”la qarşılaşdığı oyunun (2:2) 12-ci dəqiqəsində zədələnərk meydanı tərk edən Süle əməliyyat olunacaq.
Almaniya mətbuatının xəbərinə görə alman müdafiəçi ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Süle bu mövsüm Bundesliqada 8 qarşılaşmada iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin