“Bavariya”nın müdafiəçisi sıradan çıxdı
“Bavariya” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Jerom Boatenq zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Boatenq Almaniya Bundesliqasının 24-cü turunun “Borussiya” (Dortmund) ilə matçında sıradan çıxıb. 32 yaşlı müdafiəçinin son durumu tibbi müayinədən sonra bilinəcək.
“Bavariya” – “Borussiya” matçı meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin