“Bavariya” yeni müqavilədən imtina etdi, London klubları hərəkətə keçdi
Almaniyanın “Bavariya” klubunda Jerom Boatenqin taleyinə aydınlıq gəlib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, müqaviləsi cari mövsümün sonunda bitəcək 32 yaşlı futbolçu Münhen klubundan ayrılacaq. Klub futbolçuya yeni müqavilə təklif etməyib. Mövsümün sonunda komandadan azad agent kimi ayrılacaq müdafiəçi İngiltərənin üç klubunun maraq dairəsindədir. Londonun üç klubu – “Çelsi”, “Arsenal” və “Tottenhem” almaniyalı futbolçunu heyətinə qatmaq üçün mübarizə aparır.
Boatenq 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin