“Bavariya” hücumçusunu icarəyə verdi
Almaniyanın “Yunion Berlin” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Bavariya”nın hücumçusu Leon Dayakunu heyətinə qatıb.
Bu barədə Berlin təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Yunion Berlin” 19 yaşlı hücumçunu birdəfəlik almaq şərti ilə icarəyə götürüb.
“Ştutqart”ın yetirməsi olan Dayaku, 2019-cu ildən “Bavariya”da çıxış edirdi. Alman futbolçu bu mövsüm Münhen təmsilçisinin əsas komandasında 1 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin