“Bavariya” Havertsi transfer etməyəcək – sabiq prezidentdən açıqlama
“Bavariya”nın sabiq prezidenti Uli Höness adı klubla yanaşı çəkilən “Bayer”in futbolçusu Kay Havertslə bağlı açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Höness, Münhen klubunun Havertsi transfer etməyəcəyini bildirib:
“Leroy Sanedən sonra bu il başqa böyük transfer etməyəcəyimizdən əminəm. Bunun Havertsin futbolçu keyfiyyətləri ilə əlaqəsi yoxdur. Hamımız onun çox yaxşı futbolçu olduğunu düşünürük. Amma koronavirus dövründə futbolçu satmadan 50 milyonluq transferdən sonra 70-80 milyonluq keçidi xəyal edə bilmirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin