“Bavariya” futbolçusunu cəzalandıracaq – avtomobilə görə
“Bavariya” futbolçusu Kinqsli Komanı cəzalandıracaq.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb fransız futbolçunun avtomobillərdən istifadə qaydalarını pozmasıdır. Belə ki, Koman məşqə “Bavariya”nın əməkdaşlıq etdiyi “Audi”yə məxsus olan avtomobillə deyil, “McLaren” markalı avtomobillə gəlib.
Koman səhvini başa düşüb və “Bavariya” rəhbərliyindən üzr istəyib. O, “Audi”nin şüşəsinin sındığı üçün “McLaren”lə gəldiyini deyib. Buna baxmayaraq, Münhen təmsilçisinin 23 yaşlı futbolçunu cəzalandıracağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin