“Bavariya” dünyanın ən yaxşı 5 klubundan biridir”
Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Lukas Hernandes açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Atletiko”dan transfer olunan fransalı futbolçu, Münhen klubuna keçidi və məqsədləri haqqında danışıb:
“Bavariya”nın nə qədər böyük klub olduğunu başa düşmək üçün uzun müddət burda olmağa ehtiyac yoxdur. Burda birinci gündən uğurlu olmağa can atırsız və mənim də əsas istəyim budur. “Bavariya” ilə hər şeyi qazanmaq istəyirəm, ona görə də, burdayam. Mövsüm yeni başlayıb, ümid edirəm ki, sona qədər rəqabət apara biləcəyik.
Həyatımın yarısını Madriddə keçirmişəm. Düzü, “Atletiko”nun yeni layihəsi də çox perspektivli idi. Çox düşündükdən sonra dəyişikliyin bizə zərər verməyəcəyinə qərar verdik. Yeni ölkə və yeni mədəniyyətlə tanış olmaq istəyirdim. Özümü yeni bir liqada və klubda sübut etmək niyyətində idim. “Bavariya” dünyanın ən yaxşı 5 klubundan biridir və mən qalib gəlmək üçün burdayam”.
“Atletiko”dan 80 milyon avroya transfer olunan 23 yaşlı futbolçu, “Bavariya” ilə 5 illik müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin