“Bavariya” dünya çempionu oldu
Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatına yekun vurulub.
Komanda.az xəbər verir ki, sonuncu oyun günündə öncə 3-cü yer uğrunda qarşılaşma baş tutub.
Bürünc medallar uğrunda görüşdə Misirin “Əl-Əhli” və Braziliyanın “Palmeyras” klubları qarşılaşıb. Matçın əsas vaxtı qolsuz başa çatdığından qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. 11 metrlik zərbələri daha dəqiq (3:2) yerinə yetirən Afrika təmsilçisi 3-cü yerin sahibi olub.
Turnirin final matçında isə Almaniya nəhəngi “Bavariya” ilə Meksikanın “Tiqres” klubları üz-üzə gəlib. Münhen təmsilçisi həlledici oyunda minimal hesablı qələbəyə sevinib. UEFA Çempionlar Liqasının qalibi kimi mundiala vəsiqə əldə etmiş “Bavariya”ya dünya çempionluğunu 61-ci dəqiqədə Benjamin Pavarın vurduğu qol qazandırıb.
Bizi Facebook-da izləyin