“Bavariya” daha iki futbolçusu ilə vidalaşdı

Almaniya çempionu “Bavariya” yarımmüdafiəçisi Duqlas Kosta ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə braziliyalı yarımmüdafiəçi ilə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Duqlas Kosta bu mövsümün əvvəlində İtaliyanın “Yuventus” klubundan 1 illik icarəyə götürülmüşdü. O, cari mövsümdə Münhen təmsilçisinin heyətində bütün turnirlər çərçivəsində 20 matçda meydana çıxıb, 1 qolla yadda qalıb.

Braziliyalı yarımmüdafiəçi 2015-2017-ci illər aralığında da “Bavariya”da oynayıb. O, “Yuventus”a da məhz Münhen təmsilçisindən transfer olunmuşdu. 30 yaşlı futbolçu daha öncə “Qremio” və “Şaxtyor” (Donetsk) klublarının da uğurları üçün çalışıb.

Almaniya çempionu gənc yarımmüdafiəçisi Tyaqo Dantasla da vidalaşıb. 20 yaşlı futbolçu 2020-ci ildə yetirməsi olduğu Portuqaliya “Benfika”sından transfer olunsa da, Münhen təmsilçisinin əsas komandasında çox az forma şansı qazanırdı.

Xatırladaq ki, “Bavariya” Kostadan əvvəl David Alaba, Jerom Boatenq və Xavi Martineslə yollarını ayırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button