“Bavariya”dan yeni rekord – Ardıcıl 16-cı dəfə…
“Bavariya” Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Srvena Zvezda”nı məğlub edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən görüşdə Münhen təmsilçisi yeni rekorda imza atıb. Belə ki, “Bavariya” ardıcıl 16-cı dəfə Çempionlar Liqasına qələbə ilə başlayıb. Bu, ÇL tarixində rekord göstəricidir.
“Bavariya” sonuncu dəfə 2002-ci ildə Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda məğlub olub. Münhenlilər İspaniya “Deportivo”suna 2:3 hesabıyla uduzmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin