Levandovski – “qol maşını”
“Bavariya” Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda Serbiya “Srvena Zvezda”sını məğlub edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən görüş Münhen təmsilçisinin futbolçusu Robert Levandovski üçün əlamətdar olub. Belə ki, komandasının 2-ci qolunu vuran polşalı hücumçu, ardıcıl 4-cü dəfə “Bavariya” ilə Çempionlar Liqasının ilk oyununda fərqlənməyi bacarır.
Bu qol, bütün turnirlər də daxil olmaqla “Bavariya” ilə 249 oyuna çıxan Levandovskinin 200-cü qolu olub.
2014-cü ildən “Bavariya”da çıxış edən Levandovskinin müqaviləsinin müddəti 2023-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin