
“Bavariya”da 2 itki
“Bavariya” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Tottenhem”i məğlub edib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, qarşılaşmada 7:2 hesabıyla qələbə qazanan münhenlilərin iki futbolçusu – David Alaba və Jerom Boatenq sıradan çıxıb.
Alaba qabırğasında ağrılar hiss etdiyi üçün ikinci hissədə meydana daxil olmayıb. Boatenq isə qarşılaşmanın 72-ci dəqiqəsində zədələnib.
Hər iki futbolçunun son durumu tibbi mayinədən sonra bilinəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin