“Bavariya”da itki – “Borussiya” ilə oyunu buraxacaq

“Bavariya” Bundesliqanın 7-ci turunda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi sözügedən qarşılaşmada futbolçusu Benjamen Pavarın köməyindən istifadə edə bilməyəcək. Bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə, 24 yaşlı müdafiəçinin zədə səbəbindən “Borussiya” ilə oyunu buraxacağı bildirilir.

Bu gün keçiriləcək “Borussiya” – “Bavariya” oyunu saat 21:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button