Levandovski Müllerin rekorduna şərik oldu

“Bavariya” Bundesliqanın 33-cü turunda səfərdə “Frayburq”la qollu bərabərə qalıb – 2:2.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada Münhen təmsilçisinin ilk qolunu vuran Robert Levandovski yeni uğura imza atıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı hücumçu çempionatda bu mövsüm 40-cı qolunu vurub. Levandovski bu göstərici ilə Bundesliqada bir mövsümdə ən çox qol vuran futbolçu olan Herd Müllerin rekorduna şərik olub. Müller 1971/72 mövsümündə “Bavariya” ilə Almaniya çempionatında 40 qol vurmuşdu.

“Bavariya” Bundesliqada çempionluğunu rəsmiləşdirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button