“Bavariya” Bundesliqanı ardıcıl 7 dəfə qazanıb, bu, hər şeyi deyir”

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Marko Roys açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı forvard, yeni futbolçulara ehtiyac olduğunu deyib:

“Keçən mövsüm xeyli inkişaf etdik, heç kim bunu gözləmirdi. Buna baxmayaraq, Bundesliqanı qazanmaq və Avropada daha da irəliləmək istəyiriksə, yaxşı futbolçular transfer etməliyik. Bizim Mats Hummels kimi futbolçuya ehtiyacımız var.

“Bavariya”nın vəziyyəti isə bizdən asılı bir şey deyil. Düşünürəm ki, onlar yeni futbolçu almasalar belə, güclü komandaya sahib olacaqlar. “Bavariya” Bundesliqanı ardıcıl 7 dəfə qazanıb, bu, hər şeyi deyir. Ümid edirəm ki, maraqlı mövsüm olacaq. Çempionluq yarışında 2, 3, hətta 4 komandanın  mübarizə aparacağını düşünürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button