Bundesliqanın liderindən növbəti qələbə
Almaniya Bundesliqasında 11-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun açılış matçında autsayderlər qrupunda yer alan “Köln” “Hoffenhaym”ı qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə başa çatıb.
Turun mərkəzi görüşü Münhendə keçirilib. Ötən tur “Ayntraxt”a 1:5 hesabıyla darmadağın olan “Bavariya” bu dəfə Dortmund “Borussiya”sı ilə qarşılaşıb və 4 cavabsız qolla qalib gəlib.
Lider “Borussiya” (Münhenqladbax) isə “Verder”i sınağa çəkib. Meydan sahibləri bu oyundan da qalib ayrılmaqla zirvədəki yerlərini qoruyublar. “Frayburq” da “Ayntraxt”ı məğlub yola salıb. “Volfsburq” isə evdə “Bayer”ə məğlub olub.
Almaniya Bundesliqası, 11-ci tur
8 noyabr
Köln – Hoffenhaym 1:2
Qol: Kordoba, 34 – Adamyan, 48. Lokadiya, 90+7-pen.
9 noyabr
Herta – Leyptsiq 2:4
Qol: Mittelştadt, 32. Selke, 90+2 – Verner, 38-pen; 90+1. Sabitser, 45+1. Kampl, 86.
Maynts – Yunion 2:3
Qol: Onisivo, 81. Brosinski, 90+4 – Brosinski, 30-öz qapısına. Anderson, 45+3; 51.
Paderborn – Auqsburq 0:1
Qol: Maks, 41.
Şalke – Fortuna 3:3
Qol: Kaliqiuri, 33. O.Kabak, 67. S.Serdar, 79 – Henninqs, 62; 74; 85.
Bavariya – Borussiya D 4:0
Qol: Levandovski, 17; 76. Qnabri, 47. Hummels, 80-öz qapısına.
10 noyabr
Borussiya M – Verder 3:1
Qol: Bensebaini, 20. Hermann, 22; 59 – Bittenkur, 90+3.
Volfsburq – Bayer 0:2
Qol: Bellarabi, 25. Paulinyo, 90+6.
Frayburq – Ayntraxt F 1:0
Qol: Petersen, 77.
Bombardir: Robert Levandovski (Bavariya) – 16 qol.
Bizi Facebook-da izləyin