“Volfsburq”a 1 qol bəs etdi
Futbol üzrə Almaniya Bundesliqasında 30-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Münhenqladbax “Borussiya”sı “Frayburq”la qarşılaşıb. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.
Lider “Bavariya” bu turda “Bayer”in qonağı olub və inamlı qələbəyə sevinib. Dortmund “Borussiya”sı isə Berlin “Herta”sını qəbul edib və minimal hesabla üstün olub. “Leyptsiq” isə “Paderborn”u sınağa çəkib və xal itkisi ilə üzləşib.
Son üç turda məğlub olan “Şalke”, bu dəfə “Yunion”un qonağı olub və səfərdən 1 xalla dönüb. “Auqsburq” – “Köln” matçında da heç-heçə qeydə alınıb. “Volfsburq” isə səfərdə “Verder”i minimal hesabla məğlub edib.
Almaniya Bundesliqası, 30-cu tur
5 iyun
Frayburq – Borussiya M 1:0
Qol: Petersen, 58.
6 iyun
Bayer – Bavariya 2:4
Qol: Alario, 10. Virts, 89 – Koman, 27. Qoretska, 42. Qnabri, 45. Levandovski, 66.
Fortuna – Hoffenhaym 2:2
Qol: Henninqs, 5; 76-pen – Dabbur, 16. Zuber, 61.
Ayntraxt – Maynts 0:2
Qol: Niaxate, 43. Malonq, 77.
Leyptsiq – Paderborn 1:1
Qol: Şik, 27 – Strodyek, 90+2.
Borussiya D – Herta 1:0
Qol: E.Can, 58.
7 iyun
Verder – Volfsburq 0:1
Qol: Veqorst, 82.
Yunion – Şalke 1:1
Qol: Andrix, 11 – Kenni, 28.
Auqsburq – Köln 1:1
Qol: Maks, 88 – Modeste, 86.
Bombardir: Robert Levandovski (“Bavariya”) – 30 qol.
Bizi Facebook-da izləyin