“Bavariya” “Barselona”nın rekorduna şərik oldu

Almaniyanın “Bavariya” klubu İspaniya təmsilçisi “Barselona”ya məxsus olan rekordu təkrarlayıb.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi buna klublararası dünya çempionatının finalında Meksika “Tiqres”ini məğlub etməklə (1:0) nail olub.

Hansi Flikin çalışdırdığı komanda bir il ərzində mümkün 6 titulun hamısını qazanıb. Son olaraq, bu nəticəni 2009-cu ildə “Barselona” qazanmışdı.

Münhen təmsilçisi 2019/20 mövsümündə Almaniya Bundesliqasının, ölkə kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub. “Bavariya” 2020-ci ildə UEFA superkubokuna və Almaniya superkubokuna da yiyələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button