“Bavariya” “Leyptsiq”in müdafiəçisini istəyir
“Leyptsiq”in futbolçusu Dayot Upamekano karyerasını Bundesliqanın digər klubunda davam etdirə bilər.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Bavariya” 23 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır. Bunu Münhen klubunun idarə heyətinin sədri Karl-Haynts Rummenigge də təsdiqləyib. O, müdafiəni gücləndirmək istədiklərini və Upamekanonun əsas namizədlərdən biri olduğunu bildirib.
2017-ci ildən “Leyptsiq”in şərəfini qoruyan Upamekanonun müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin