“Borussiya” səfərdə xal itirdi
Almaniya Bundesliqasında 22-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun ilk oyununda “Bavariya” səfərdə “Auqsburq”la qarşılaşıb. Beş qolun qeydə alındığı matç Münhen klubunun çətin qələbəsiylə başa çatıb.
“Şalke” – “Frayburq” və “Herta” – “Verder” matçlarında qalib müəyyənləşməyib. “Hoffenhaym” evdə “Hannover”i, “Volfsburq” isə “Maynts”ı 3 cavabsız qolla məğlub edib. Dörd qolun qeydə alındığı “Ştutqart” – “Leyptsiq” matçında isə qonaqlar qələbəni bayram ediblər.
Bazar günü daha iki oyun baş tutub. Münhenqladbax “Borussiya”sı Frankfurtda yerli “Ayntraxt”la qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xala razılaşıblar. “Bayer” isə doğma meydanda “Fortuna” üzərində inamlı qələbəyə sevinib.
Lider Dortmund “Borussiya”sı bu tur səfərdə autsayder “Nürnberq”in qonağı olub. Qarşılaşma qolsuz başa çatıb.
Almaniya Bundesliqası, 22-ci tur
15 fevral
Auqsburq – Bavariya 2:3
Qol: Qoretska, 1-öz qapısına. J.D.Von, 23 – Koman, 17; 45. Alaba, 53.
16 fevral
Hoffenhaym – Hannover 3:0
Qol: Joelinton, 4. Belfodil, 14. Demirbay, 80.
Şalke – Frayburq 0:0
Ştutqart – Leyptsiq 1:3
Qol: Zuber, 16-pen – Poulsen, 6; 74. Sabitzer, 68.
Volfsburq – Maynts 3:0
Qol: Arnold, 4. Veqorst, 70. Knoçe, 76.
Herta – Verder 1:1
Qol: Selke, 25 – Pizarro, 90.
17 fevral
Ayntraxt – Borussiya M 1:1
Qol: Da Koşta, 45 – Zakariya, 82.
Bayer – Fortuna 2:0
Qol: Haverts, 18. Beyli, 66.
18 fevral
Nürnberq – Borussiya D 0:0
Bombardir: Luka Yoviç (Ayntraxt F) – 14 qol.
Bizi Facebook-da izləyin